RU

Sabah Sumqayıtda 15 min abonentin qaz təchizatı dayandırılacaq

Sabah Sumqayıt şəhərində 15 min abonentin qaz təchizatı dayandırılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz-İstismar Sahəsi məlumat yayıb.

Qeyd olunub ki, Sumqayıt şəhər Saray körpüsü ərazisindəki yolda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar tikinti sahəsinə düşən və kənara köçürülmüş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması planlaşdırılır.

Bu məqsədlə noyabrın 6-da saat 8:00-dan etibarən işlər tamamlanana qədər Sumqayıt şəhərinin 16-cı, 17-ci, 20-ci və 21-ci mikrorayonlarında, həmçinin Corat qəsəbəsi, Corat bağları, 51 və 52-ci məhəllələr, Qurd dərəsi - Saray bağları ərazilərindəki 15 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qaz təchizatı işlər başa çatdıqdan dərhal sonra bərpa ediləcək.

Избранный
12
11
avtosfer.az

10Источники