RU

Şagirdlər arasında pis vərdişlərin yaş həddi azalır

Bakı. Trend:

Məktəblərdə şagird davranışları və zorakılıqla bağlı tədbirlərkeçirilir.

Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin UşaqlarınMüdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Təhsil TV-nin"Təhsil saatı" proqramında deyib.

O bildirib ki, tədbirlər çərçivəsində narkomaniya və digərzərərli vərdişlərə qarşı xüsusi sessiya da təşkil olunur.

Günel Səfərova qeyd edib ki, bu gün qadağan olunmuş və pisvərdişlərə qurşanan uşaqların yaş həddi getdikcə azalır:

“Bu, çox təəssüf doğuran haldır. Məktəblərdə müəllimlər vəşagirdlər bu işlə məşğul olmasalar da, biz icmanın rolunuqiymətləndirməliyik. Pis vərdişlər haradan gəlir, haradangətirilir, necə olur ki, 12-15 yaşlı uşaq belə bu vərdişlərəqurşanır? Bunlar ciddi suallardır”.
Rəis müavini vurğulayıb ki, hazırkı vəziyyət statistika baxımındanda narahatlıq doğurur:
“Bu hallar kütləvi xarakter daşımır, amma bir uşaq belə bizim üçünçox önəmlidir”.

O əlavə edib ki, bəzi şagirdlər qadağan olunmuş əşyalarınfərqində olmadan onlardan istifadə edə bilirlər. Hazırda bu əşyalarmüxtəlif formalarda təqdim olunduğu üçün onların aşkarlanmasıçətinləşib.
“Biz Daxili İşlər Nazirliyi ilə birlikdə mütəmadi monitorinqləraparırıq. Bu monitorinqlər yalnız qadağan olunmuş əşyalarınaşkarlanması ilə bitmir, eyni zamanda şagirdlərdə məsuliyyət hissiformalaşdırmaq məqsədi daşıyır”, – Günel Səfərova deyib.

Məqalədə:
Избранный
32
1
az.trend.az

2Источники