RU

FIFPro nun keçirdiyi səsvermə böyük səs küyə səbəb olub

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2025-ci ildə dünyanın simvolik komandasına namizədlər üçün səsvermənin nəticələrini açıqlayıb. Sport24.az xəbər verir ki, sorğuda 20.000-dən çox oyunçu iştirak edərək, hər xətt üçün üç namizəd göstərib.

Ən yaxşı hücumçular üçün səsvermənin nəticələri sosial mediada böyük çox səs-küyə səbəb olub. Lionel Messi (səslərin 18%-i) və Kriştiano Ronaldo (16%) ilk "beşli"yə daxil olublar. Onlar Rafinya (15%), Məhəmməd Salah (15%) və Erlinq Haaland (13%)-dan irəlidədirlər.

İngilis hücumçu Harri Keyn isə cəmi 7 faiz səs toplayaraq, 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Keyn ötən mövsüm Bundesliqada 31 oyunda 26 qol vurub. 2025/26 mövsümündə 9 oyunda 12 qol vurub. Həmçinin Çempionlar Liqasının 4 oyununda 5 dəfə fərqlənib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
sport24.az

1Источники