RU

Çelsi dən Kenan Yıldız üçün böyük təklif

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Çelsi" "Yuventus"un türk futbolçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.

QOL.az xəbər verir ki, bu barədə "TEAMTalk" məlumat yayıb.

London təmsilçisi cari mövsüm A seriyasında uğurlu çıxış edən 20 yaşlı hücumçu üçün skautlar göndərib. Klub oyunçunun agentləri ilə gizli görüşlər keçirib.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, "Çelsi" Türkiyə millisinin üzvü ilə anlaşmağa yaxındır. İngiltərə klubu onu Koul Palmer üçün ideal hücum ortağı hesab edir.

Daha əvvəl "Yuventus" Kenan üçün gələn 70 milyon avroluq təklifi rədd etmişdi. "Çelsi" isə gənc futbolçuya görə 90 milyon avro xərcləməyə hazırdır. 

Qeyd edək ki, Kenan Yıldız 2023-cü ildən Turin təmsilçisində oynayır. Onun komandası bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Sportinq"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
qol.az

2Источники