RU

“Üstündə şeytan oturan nə daş varsa, altından siz çıxırsız...” – Deputatdan radikallara sillə kimi sözlər!

"Müsavat” Partiyasının qərərgahında keçirilən növbəti "poeziya axşamı”nda İsa Qəmbərin söylədiyi nitq və xüsusən də onun iqtidarla bağlı səsləndirdiyi ittihamlar tamamən absurddur, məntiqsizdir, əsassızdır!

Niyə? İlk əvvəl ona görə ki, mövcud iqtidar heç vaxt, heç bir siyasi qüvvəni sıradan çıxarmağa çalışmayıb. Tam əksi: bütün siyasi qüvvələrə daim əl uzadıb, kömək edib, onları dialoqa çağırıb, ölkədə sivil siyasi münasibətlər sisteminin formalaşmasının əsas tərəfdarı, təşəbbüskarı olub. Və...əgər "Müsavat”, "AXCP” kimi Partiyalar həmin dialoqdan, münasibətlər sistemindən uzaq dayanıblarsa, 30 illik qaraguruh zehniyyətlərindən, təfəkkürlərindən, mahiyyətlərindən əl çəkməyiblərsə, bu artıq iqtidarın deyil, özlərinin günahıdır. Günahı və səhvi.

İkincisi...”Müsavat”ın kvartalda bir dəfə peydahlanan və yalnız həvəsi, təbi gələndən - gələnə siyasətlə məşğul olan başqanı deyir ki, hüquq müdafiəçilərindən xahişim budur, məsələni nəzarətdə saxlasınlar.

Hansı məsələni? Nəyi nəzarətdə saxlasınlar? Panikanızımı? İsterikanızımı? Keçmiş və potensial – qara əməllərinizimi, yoxsa dövlət və millət əleyhinə yönələn fəaliyyətinizimi?

Üstündə ilan yatan, şeytan oturan nə daş varsa, altından siz çıxırsız.

Daxili siyasət qalsın bir yana, "İmamoğlu işi” araşdırılır, orda belə isa Qəmbərin adı hallanır. Şvabenin məruzələri incələnir, orda belə Əli Kərimlinin dəsti - xətti görünür. Mehdiyevin məsələsi "şişir”, orda belə - torbanın ağzı açılan kimi 2 əsas radikalın adı ön plana çıxır, "göz oxşayır”.

Siz ümumiyyətlə həyatınız boyunca bir xoşniyyətli iş görmüsünüzmü?

Siz ümumiyyətlə həyatınız boyunca bir xoş hadisəyə, məqama, icraata vəsilə olmusunuzmu?!

Olmamısız! Görməmisiz! Amma danışanda ağzınıza çullu dövşan sığışmır.

Üçüncüsü...Baxıram, hər 4 sözündən 3-ü "Qarabağ”dır.

O Qarabağ ki, zamanında siz satdınız və....30 il sonra İlham Əliyev geri qaytardı.

O Qarabağ ki, işğaldan azad olunandan sonra hələ ayaq basmamısız. (Bir dəfə Arif Hacılı ilə qardaşı getdi, onda da yüz minnət vurub geri qayıtdılar. Demə, tikintilər, infrastruktur "müəllimlərin” xoşuna gəlməyibmiş - bu səbəbdən)

O Qarabağ ki, son qarışına qədər Azərbaycanın suverentetinə keçəndə, tamamən düşmən tapdağından qurtulanda eynən erməni qədər dilxor olmuşdunuz, yasa batmışdınız.

Nəhayət, dördüncüsü...

Baxıram, solunda Seymur Həzi əyləşib – Həmin Həzi ki, o sənə nifrət edir, sən də ona.

Baxıram, arxandakı divara. Tofiq Yaqublunun rəsmi asılıb – Həmin Yaqublu ki, sırf Partiyanı ələ keçirmək üçün "Müsavat”ı tərk etmir və tamamən AXCP - sədrinin yanındadır. Yəni, Yaqublu sənə nifrət edir, sən də ona.

Baxıram, ümumi maraqlarınız üst - üstə düşür deyə, yenə Kərimlini müdafiə edirsən – Həmin Kərimlini ki, 30 illik siyasi fəaliyyətiniz boyunca bir - birinizi ən az 50 dəfə "bagaj”a qoymusuz. Yəni, o sənə nifrət edir, sən də ona!

Amma nə qəribədir...bütün bu gerçəklərə, hamının bildiyi və agah olduğu həqiqətlərə rəğmən...yenə utanmadan - qızarmadan "səmimiyyətdən”, "müttəfiqlikdən” danışırsan.

***

Niyə bütün bunları detal - detal, fraqment - fraqment söylədim?!

Çünki istədim, biləsən, İsa Qəmbər!

Biləsən ki, məlum nağıllarınla, sayıqlamalarınla, söylədiyin cəfəngiyyatlarla özünü daha da bitirirsən, batırırsan və rəzil günə salırsan.

Bu qədər.

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Избранный
20
7news.az

1Источники