RU

2026-cı ilin vergi islahatları əhaliyə və iqtisadiyyata nələr vəd edir?

2026-2029-cu illərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması, o cümlədən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması, nağdsız ödənişlərin stimullaşdırılması, kənd təsərrüfatı istehsalçılarına dəstəyin artırılması, vergi güzəştlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklərin aparılması nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu məqsədlə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 2026-cı ilin büdcə zərfinə daxil edilib. Bunlardan ən çox müzakirəyə səbəb olanı gələn ildən özəl sektorda çalışan şəxslərin gəlir vergisinə cəlb olunmasıdır.

Mərhələli vergi islahatı

Yeniliyə əsasən 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 2500 manatadək aylıq gəlirindən 3 faiz vergi tutlacaq. Bu mövcud qanunvericiliyə uyğun olaraq qüvvəyə minməli olan 14% yerinə 80% azalma deməkdir.Vergi dərəcələrinin 2027-ci ildə 5 %-ə (65% azalma), 2028-ci ildən isə 7 %-ə (50% azalma) qədər artırılması nəzərdə tutulur.

Maliyyə naziri Sahil Babayevin sözlərinə görə, bundan sonra ölkədə gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manata qədər 7%, 8000 manata qədər 10%, 8000 matadan yuxarı isə 14% olaraq müəyyən olunacaq.

O həmçinin bildirib ki, dünyada çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var. Nazir qeyd edib ki, bunun özü də çox böyük bir güzəşdir:

“Düşünürük ki, bu da özəl sektorun, xüsusilə kiçik-orta biznesin inkişafı, investasiya yatırımları, infrastruktur yatırımları üçün kifayət qədər müsbət bir təməl və şərait yaradır”

Qeyd edək ki, gəlir vergisinin yeni dərəcəsi region ölkələri və beynəlxalq praktika ilə müqayisədə kifayət qədər aşağıdır. Belə ki, Qazaxıstanda bu rəqəm 10%, Yunanıstanda 9%, Macarıstanda 15%, İtaliya və Latviyada 20%-dən yuxarıdır. Eyni zamanda Rusiyada fiziki şəxslərdən gəlir vergisi 2025-ci ildən 5 pilləli proqressiv vergi dərəcələri əsasında hesablanır.Bu vergi dərəcələri 13-22% aralığında dəyişir.

Ekspertlər bildirir ki, Azərbaycanda “ümumi dərəcə yükü” 33–37% aralığında proqnozlaşdırılır. Bu, Aİ-də orta yuxarı dərəcələrdən xeyli aşağıdır və region ortalamalarına yaxınlaşır. Bu yük Rusiya və Qazaxıstan üzrə 35–40%, Avropa İttifaqı ölkələri üzrə təxminən 45–55% təşkil edir. Verginin mərhələli tətbiqi iqtisadiyyatda qiymətlərin və əmək haqlarının sabit qalmasına da dəstək verəcək. Nəticədə həm işçilər, həm də sahibkarlar üçün daha yumşaq keçid təmin ediləcək.

Məlumat üçün bildirək ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3 %, sığortaedənin vəsaitindən 22 %z, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 %-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulurdu.Bu güzəştin müddəti bitən kimi mövcud qanunvericiliyə görə, gəlir vergisi 2500 manatadək gəlirdə 14%, 2500 manatdan artıq gəlirdə isə 25% olacaqdı. Yəni, hökumət mərhələli keçid tətbiq etməsəydi, əmək gəlirləri üzərindəki toplam dərəcə yükü 55%-ə qədər qalxa bilərdi.Lakin hökumət bu vergini ciddi şəkildə azaldaraq yeni dərəcələr təklif etdi və bu dərəcələri mərhələli şəkildə artırmağa qərar verdi. Bunun başlıca səbəbi əhalinin rifah halının yaxşılaşdırılması və dayanıqlı biznes mühitinin formalaşdırılmasıdır. Bunun nəticəsində də ölkə iqtisadiyyatında inkişaf müşahidə olunacaq.

Yeri gəlmişkən, güzəştlərin qüvvədə olduğu müddətdə də Azərbaycan iqtisadiyyatı qazanıb.Bu müddətdə qeyri-neft-qaz sektorunda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb, ümumi əmək müqavilələri içində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib. Bunun fonunda Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən edilən transfertlərin payı 35,6 %-dən 17,5 %-ə enib. Ümumiyyətlə son illərdə həyata keçirilən vergi islahatları çərçivəsində əmək münasibətlərinin leqallaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının şəffaflaşmasında mühüm nəticələr verib.

Məcuri sosial sığorta dərəcəsi 25%-dən 21%-ə endirilir

2026-cı ildən sosial təminat sistemində də mühüm islahatlar nəzərdə tutulur. Belə ki, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərinin 8000 manatdan yuxarı olan hissəsindən məcburi dövlət sosial sığorta haqqının cəmi dərəcəsi 25%-dən 21%-ə endirilir. Yəni, sosial sığorta haqlarının dərəcəsi işçinin 8000 manatdan artıq olan gəlirlərinin 10%-ni, işəgötürənin hesabına ödənilən hissə üzrə 8000 manatdan artıq olan hissənin 11%-ni təşkil edəcək. Bu dəyişiklik rəsmi məşğulluğun qorunması və əmək münasibətlərinin rəsmiləşdirilməsini təşviq etmək üçün də şərait yaradacaq. Eyni zamanda, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən icbari tibbi sığorta haqqının dərəcəsi də azaldılır. Əməkhaqqının 2500-8000 manat intervalında icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4%-dən 1%-ə endirilir. İcbari tibbi sığorta haqqının dərəcəsi işəgötürənin hesabına işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5%; işçinin hesabına isə əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5% təşkil edəcək.

Kicik sahibkarlığa əlavə dəstək

Məcəlləyə digər dəyişikliknağdsız ödənişlərin stimullaşdırılması və həcminin daha da artırılması məqsədilə 2026-cı ildən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində Əlavə Dəyər Vergisi (ƏDV) qeydiyyat limitinin iki dəfə - 200 min manatdan 400 min manata qədər artırılmasıdır. Hazırda bir sahibkarın bir il ərzində (12 ayda) apardığı əməliyyatların məbləği 200 min manatı keçirdisə, o, mütləq şəkildə ƏDV ödəyicisi olmalı idi. Yeni yanaşmaya əsasən, sözügedən fəaliyyət sahələrində POS-terminal vasitəsilə nağdsız ödənişlər üzrə dövriyyə 400 min manatı aşmadan sahibkarlar ƏDV qeydiyyatına düşmək öhdəliyi ilə üzləşməyəcəklər.

Klinikalar və özəl tibbi xidmət göstərən fiziki şəxslərə güzəştlər

Digər mühüm addım Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsi ilə bağlı güzəştdir. 2024-cü ildən klinikalar və özəl tibbi xidmət göstərən fiziki şəxslər üçün əhaliyə göstərilən tibbi xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi əlavə dəyər vergisindən azad edilir. 2026-cı ilin 1 yanvarından başlayaraq 3 il müddətinə ƏDV ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 3 il müddətinə POS-terminal vasitəsilə qəbul etdikləri ödənişlər üzrə formalaşan dövriyyənin 50 faizini ƏDV hesablanarkən vergitutma bazasından çıxmaq imkanı əldə edəcəklər. 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə 6 faiz dərəcə ilə vergiyə cəlb olunacaqlar.

Kirayə haqlarından vergilər 30% azaldılır

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsinə dəyişikliklərdə indiyədək yalnız icarə adı ilə keçən münasibətlərə kirayə anlayışı da daxil edilib. Belə ki, icarə-kirayə münasibətlərində vergitutmanı tənzimləyən Məcəllənin 124-cü maddəsinin adında dəyişiklik edilib, buraya kirayə sözü əlavə edilib.

Nəticədə yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi faizləri aşağı salınıb. Beləliklə kirayə gəlirlərlə bağlı vergilər 14 %-dən 10 % endirilib. Bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir.

Xatırladaq ki, hazırda maddənin birinci hissəsində daşınan və daşınmayan əmlakın icarəsindən 14 faiz vergi tutulduğu göstərilir. Yenilənmiş variantda isə yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən 10 faiz vergi tutulması əksini tapıb. Hökumət bu qərarıevlərin kirayəyə verilməsi barədə məlumatların qanuni şəkildə rəsmiləşməsi üçün atıb.

Избранный
31
teleqraf.com

1Источники