RU

Hakerlər 120 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

Bakı. Trend

Kriptovalyuta protokolu sayılan “Balancer” genişmiqyaslı hakerhücumunun qurbanı olub. Kibercinayətkarlar kriptovalyuta şəklində120 milyon dollardan çox vəsaiti oğurlayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Hadisə “Balancer V2 Composable Stable Pools” hovuzlarına(istifadəçilərin birgə likvidlik yaratmaq üçün aktivlərinitopladıqları smart-kontrakt hesabı) təsir edib. Bu hovuzlar üçünpauza mexanizminin etibarlılıq müddəti bitdiyi üçün onları təcilibloklamaq mümkün olmayıb.

“GoPlus Security” ekspertlərinin bildirdiyinə görə, hücumedənlər protokolun saxlanma sistemindəki hesablamalarınyuvarlaqlaşdırılması ilə bağlı boşluqdan istifadə ediblər.

“Balancer” komandası bloklanması mümkün olan bütün hovuzlar üçünbərpa rejimini aktivləşdirib, eyni zamanda platformanın digərməhsullarının, o cümlədən "Balancer V3"ün bu insidentdən zərərgörmədiyini vurğulayıb. Bununla paralel olaraq, fişinq kampaniyasıqeydə alınıb. Ffırıldaqçılar özlərini layihənin təhlükəsizlikxidmətinin nümayəndələri kimi təqdim edərək, hakerlər tərəfindənoğurlanmış vəsaitləri “mükafat” qarşılığında geri qaytarmağı təklifediblər.

Məqalədə:
Избранный
74
1
az.trend.az

2Источники