RU

“Nəticədən asılı olmayaraq, “Qarabağ” bu oyunda bir az da böyüyəcək”

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda bu gün “Çelsi”ni qəbul edəcək.

Komandanın sabiq futbolçusu Zaur Həşimov “Futbolpress.az”a açıqlamasında London klubunun Bakıya gəlişinin əhəmiyyətindən söz açdı:

“Çelsi”nin Bakıya gəlməsi bizim futbol üçün mühüm hadisədir. Onların təqdimata ehtiyacı yoxdur. “Çelsi” oynadığı turnirlərdə qarşısına çempionluq hədəfi qoyan komandadır və nəzərə alaq ki, mövsümboyu “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted” kimi kollektivlərə qarşı mübarizə aparır. “Çelsi”yə qarşı oynamaq “Qarabağ” üçün yaxşı stimuldur”.

Mütəxəssis “Qarabağ”ın xal qazanmasını arzuladığını bildirdi:

“Qarabağ” turnirdə artıq iki qələbə qazanıb. “Atletik”ə qarşı da yaxşı mübarizə apardılar, ancaq məğlub olduqlar. Düşünürəm ki, “Qarabağ” “Çelsi”yə qarşı da layiqli mübarizə aparacaq. Düzdür, nəticə əldə etmək çətindir. İstərdik ki, bu oyundan azı bir xal qazanaq. Lakin nəticədən asılı olmayaraq, “Qarabağ” bu oyunda bir az da böyüyəcək. Onlara uğurlar arzu edirəm”.

“Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
futbolpress.az

1Источники