RU

Suraxanıda soyğunçuluq edən tutuldu

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 3-də paytaxtın Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, rayon ərazisindəki apteklərin birində çalışan şəxs polisə müraciət edərək 200 manatının tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı E.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
7
9
hafta.az

10Источники