RU

“Qarabağ”ın rəqibinin 90 milyonluq transfer hazırlığı

“Çelsi” “Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.

Msport.az xəbər verir ki, London təmsilçisi cari mövsüm A seriyasında uğurlu çıxış edən 20 yaşlı hücumçu üçün skautlar göndərib.

Klub oyunçunun agentləri ilə gizli görüşlər keçirib. “Çelsi” Türkiyə millisinin üzvü ilə anlaşmağa yaxındır. İngiltərə klubu onu Koul Palmer üçün ideal hücum ortağı hesab edir. Daha əvvəl “Yuventus” Kenan üçün gələn 70 milyon avroluq təklifi rədd etmişdi. “Çelsi” isə gənc futbolçuya görə 90 milyon avro xərcləməyə hazırdır.

Qeyd edək ki, Kenan Yıldız 2023-cü ildən Turin təmsilçisində oynayır. Onun komandası bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Sportinq”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Избранный
23
msport.az

1Источники