Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld UEFA Çempionlar Liqasının dördüncü turunun "Qarabağ" - "Çelsi" oyununda Ağdam təmsilçisinə azarkeşlik edəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, səfir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Qarabağ" bu gecə "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı şeytan" ("Mançester Yunayted" azarkeşi - red.) olaraq, bu gecə ev sahibi komandaya azarkeşlik edəcəyəm", - səfir yazıb.
Bu axşam @FKQarabagh yenidən @ChelseaFC ilə qarşılaşır! ⚽️
— FergusAuldFCDO (@FergusAuldFCDO) November 5, 2025
Gərgin və maraqlı oyunu səbirsizliklə gözləyirəm, amma ??-nın ??-dakı səfiri və “Qırmızı Şeytan” kimi bu axşam ev sahibini dəstəkləyəcəyəm ???
Oyunçu aparsın! ? pic.twitter.com/VuEeZfiPM9