RU

Azərbaycan bizim qardaşımızdır Türkiyənin daxili işlər naziri (FOTOLAR)

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Azərbaycan bizim qardaşımızdır". 

Bunu "Unikal"a açıqlamasında Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib. 

Həmçinin Konya vilayətində yerləşən Selçuk Universitetində çıxış edən DİN rəhbəri bildirib ki, hazırda yeni bir dönəmin astanasındayıq: "Daxili İşlər Nazirliyi olaraq bizim bir öncəliyimiz var: Türkiyənin rahatlığı! 

Keçmişini bilməyən millət gələcəyini inşa edə bilməz. Biz artıq keçmişdən aldığımız ilhamla gələcəyi inşa etmənin mübarizəsini aparırıq. Cümhuriyyətimizin ikinci yüz ilini "Türkiyə yüz ili" missiyası ilə taclandırırıq".

Nazir narkotacirlərin həbslərindən də danışıb: "Kütləvi informasiya vasitələri üzərindən tutmuş, küçələrə qədər narkotacirlik edən şəxslərin hamısını bir-bir ələ keçiririk. Dörd gün öncənin statistikasına görə, 89 812 nəfər həbs edilib. Bu gün bu rəqəm 90 mini keçib. Onlara heç nəfəs aldırmayacağıq, gözlərinin yaşına belə baxmayacağıq. Bu mübarizə gəncliyimiz, gələcəyimiz və Vətənimiz üçündür". 

Nazirin səfəri zamanı universitetdə təhlükəsizlik tədbirləri gücləndirilib. 

Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
unikal.az

1Источники