RU

Banka kreditini ödəyə bilməyənlərə VACİB XƏBƏR KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son zamanlar ölkədə problemli kreditlərin artması müşahidə olunur. Maraqlıdır, bu vəziyyətdə banklar vətəndaşlara müəyyən güzəştlər tətbiq edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu məsələ hər bir bankın fərdi qərarından asılıdır:

“Banklar bu məsələyə fərdi yanaşa bilər. Bu, bankın hüququdur. Bank alacaqlıdır, vətəndaş və ya biznes isə verəcəklidir. İkitərəfli razılaşma əsasında güzəşt mümkündür. Bank istəsə güzəşt verər, istəməsə yox”.

Ekspertin sözlərinə görə, belə hallarda əsas meyar borclunun ödəmə qabiliyyəti və bankın daxili siyasətidir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
konkret.az

2Источники