RU

Azərbaycanın media nümayəndələri Xivədəki Prezident məktəbini ziyarət ediblər - FOTOLAR

Azərbaycan jurnalistləri Özbəkistana mediatur çərçivəsində Xivədəki Prezident məktəbini, həmçinin Xarəzm Məmun Akademiyasını ziyarət ediblər.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, jurnalistlər təhsil şəraiti ilə tanış olub, müasir avadanlıqlarla təchiz edilmiş tədris auditoriyalarını gəziblər.

Məktəbdə müsabiqə yolu ilə seçilmiş tələbələr təhsil alır və təhsil prosesini həm yerli, həm də xarici müəllimlər aparır. Xarəzm Məmun Akademiyası Mərkəzi Asiyanın ən qədim elmi müəssisələrindən biridir.

Bu gün Akademiya geologiya, ekologiya, biologiya sahələrində tədqiqatlar aparır, o cümlədən regionun ekosistemində mühüm rol oynayan dərman bitkilərinin və s. öyrənilməsi ilə məşğul olur.

Jurnalistlər, həmçinin Xarəzm Məmun Akademiyası nəzdindəki muzeyi ziyarət ediblər, burada Xarəzmin tarixi və mədəniyyəti haqqında ekspozisiyalar təqdim olunub.

Избранный
30
missiya.az

1Источники