RU

Qazaxıstanda milli rəmzlərin siyahısı təsdiqləndi

BAKI, 5 noyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının daxili siyasətinin əsas prinsipləri, dəyərləri və istiqamətləri haqqında” fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərmanla ölkənin tarixi-mədəni xüsusiyyətlərini əks etdirən milli rəmzlərin siyahısı təsdiqlənib.

Bildirilib ki, milli rəmzlər ölkənin milli kimliyinin möhkəmlənməsi, tarixi-mədəni irsin qorunması və ümummilli birliyin gücləndirilməsinə xidmət edir.

Təsdiqlənmiş ümummilli rəmzlərin siyahısı aşağıdakı kimidir:

Milli şüar - “Alğa, Kazakstan!” (“İrəli, Qazaxıstan!”)

Milli rənglər - Göy və qızılı sarı

Milli kitab - Abayın “Qara sözlər” əsəri

Milli birlik rəmzi – Şanırak (çadırın üst hissəsi)

Milli musiqi aləti - Dombıra

Milli bitki - Lalə

Yerli istehsal rəmzi - “Kazakstanda jasalğan”/“Made in Qazaqstan”

Milli həştəqlər - #Qazaqstan, #Kazakhstan

Sənəddə qeyd olunur ki, bu rəmzlər ölkənin vahid brend sistemini formalaşdıracaq və dövlət orqanlarının, təhsil, mədəniyyət və idman müəssisələrinin, eləcə də vətəndaş cəmiyyəti institutlarının əsas identiklik elementlərinə çevriləcək. Milli rəmzlər rəsmi mərasimlərdə, ictimai-siyasi və mədəni tədbirlərdə geniş şəkildə istifadə edilə biləcək.

Избранный
21
teleqraf.com

1Источники