RU

ÇL-in qalibi olan əfsanəvi məşqçi vəfat etdi

Tanınmış rumıniyalı futbol məşqçisi Emerix Eney bu gün 88 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu məlumat yayıb.

Mütəxəssis oktyabrın ortalarında bir neçə xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Onlardan ən təhlükəlisi ürək-damar problemi idi. Bir neçə həftə klinikada qaldıqdan sonra həkimlər artıq yardım edə bilmədikləri üçün onu evə buraxıblar. O, ömrünün son anlarını evində keçirib.

Qeyd edək ki, Eneyin məşqçi karyerası 1975–2000-ci illəri əhatə edib. O, xüsusilə 1986-cı ildə “Styaua”nı Avropa Kubokunun (red - indiki Çempionlar Liqası) sensasiyalı qalibi etməsi ilə tanınır. Bundan başqa, o, Rumıniya və Macarıstan yığmalarını, həmçinin “Bixor Oradya”, “Terqovişte”, “Parmalat”, “Panionios” və “Universitatea Krayova” kimi klubları çalışdırıb.

Избранный
26
publika.az

1Источники