RU

Litva Belarusla sərhədi açmaq üçün şərt qoydu

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şar məsələsini həll etdikdən sonra Belarusla sərhəd açıla bilər

Litva qaçaqmalçılıq şarları məsələsini həll etdikdən sonra Belarusla sərhədini aça bilər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Litva Seyminin spikeri Yuozas Olekas deyib.

Spiker görülən tədbirlərin qaçaqmalçılara qarşı mübarizəyə töhfə verdiyini, lakin insanların normal həyat sürməsinə mane olduğunu vurğulayıb.

"İndi görülən tədbirlərin təsiri olacaq, son günlərdə şar olmayıb. Belarus rejiminin reaksiyasından asılı olmayaraq, biz yenə də həyatın davam etməsini və sərhədlərin yenidən açılmasını istəyirik", - deyə spiker qeyd edib.

Qeyd edək ki, Litva hakimiyyəti Belarus-Litva sərhədini 30 noyabra qədər nəqliyyat vasitələri üçün bağlı qalacağını və müddətin uzadılması ehtimalını açıqlayıb. Bu qərarı şərh edən Belarus Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, “bu, Litvanın özünə böyük zərər verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
ayna.az

1Источники