RU

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Masallı rayonunun Boradigah qəsəbəsi, Bədəlan və Qızılavar kəndlərinin ərazisindəki yaşayış evi və həyətlərdən oğurluqlar edilməsi ilə bağlı polisə məlumatlar daxil olub. 

"Unikal" xəbər verir ki, naməlum şəxs ayr-ayrı vaxtlarda 8 ünvandan ümumilikdə 2000 manat dəyərində 4 ədəd velosiped, məişət və kənd təsərrüfatı alətləri oğurlayıb. 
 
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı İ.Əzizov müəyyən edilərək saxlanılıb.
 
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəlil Əliyev

Избранный
17
8
unikal.az

10Источники