RU

Aslan İsmayılovan Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Kəmaləddin Heydərov bir neçə hektar torpaq sahəsi alıb və…” – FOTO

Tanınmış vəkil Aslan İsmayılov Kəmaləddin Heydərovun açıqlamasına maraqlı reaksiya verib.

KONKRET.az xəbər verir ki, o, Heydərovun “Ramiz Mehdiyevə ev verməmişəm” sözlərinə fərqli bir tərzdə fikrini bildirib.

Vəkilin yazdıqlarını təqdim edirik:

“Mətbuata açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov: “Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.

Qəbələdə villanın bağışlanmasının nə qədər dəqiq olduğunu bilmirəm. Dəqiq bildiyim odur ki, Xızı rayonunun Qızılqazma adlanan ərazisində K.Heydərov FHN generalı Cəbrayıl Xanlarov vasitəsilə bir neçə hektar torpaq sahəsi alıb, orada villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib. Villanın fotosunu paylaşıram.

KONKRET.az

Избранный
8
2
konkret.az

4Источники