Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Qarabağ” növbəti oyununa çıxacaq. Təmsilçimiz İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək.
KONKRET.az xəbər verir ki, deputat Aqil Abbas Azxeber.com-a açıqlamasında deyib ki, Qarabağ oyunda uduzmayacaq:
“Biz oyunda uduzmayacağıq. Qarabağa inanmaq lazımdır, vəssalam! Futbolçulara ruh yüksəkliyi lazımdır və bunu da Qurban Qurbanov bacarır. Allah Qarabağa güc-qüvvət verəcək, duasını da etmişəm. Havanın yağışlı olması ingilislərin xeyrinədir, çünki onlar belə havalarda oynamağa öyrəşiblər”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.