RU

ABŞ raketi Rusiyanı təşvişə saldı

Rusiyanın müdafiə naziri Andrey Belousov ölkəsinin “tammiqyaslı nüvə sınaqlarına hazırlıqlara dərhal başlamağın məqsədəuyğun olduğunu” bəyan edib.

Modern.az xəbər verir ki, bu açıqlama ABŞ tərəfindən “Minuteman III” raketinin sınaqdan keçirilməsindən sonra verilib.

Belousovun sözlərinə görə, Rusiyanın Novaya Zemlyadakı poliqonunun vəziyyəti bu sınaqların qısa müddətdə həyata keçirilməsinə imkan verir. Prezident Vladimir Putin isə Təhlükəsizlik Şurasına “tammiqyaslı nüvə sınaqlarına hazırlıq imkanlarının qiymətləndirilməsi” tapşırığını verib.

FTX rəhbəri Aleksandr Bortnikov da prezidentdən ABŞ-ın mümkün nüvə sınaqları ilə bağlı təkliflər hazırlamaq üçün vaxt istəyib.

Qeyd edək ki, noyabrın 4-də Pentaqon Kaliforniya sahilindəki Vandenberq bazasından modernləşdirilmiş LGM-30G Minuteman III qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. ABŞ rəsmilərinin açıqlamasına görə, buraxılış planlı xarakter daşıyır və döyüş başlığının partladılmasını nəzərdə tutmur. Məqsəd raket sisteminin etibarlılığını və dəqiqliyini yoxlamaqdır.

Избранный
57
2
modern.az

3Источники