RU

ABŞ-də təyyarə qəzayası nəticəsində ölənlərin sayı 9-a çatıb

ABŞ-nin Kentukki ştatının Luisvil şəhərində yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 9-a çatıb.

Xezerxeber.az-ın məlumatına görə, təyyarənin göyərtəsində 3 ekipaj üzvü olub. Daha əvvəl 11 nəfərin xəsarət aldığı açıqlanmışdı. Qəza zamanı böyük yanğın baş verib və səmaya tüstü qalxıb. Rəsmi orqanlar yanğından sonra yaxınlıqdakı ərazinin böyük bir hissəsinin sakinlərini sığınacaq tapmağa çağırıblar.

Təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə yola düşmək üçün havaya qalxıb.

Избранный
18
4
xezerxeber.az

5Источники