RU

Məşhur tennisçinin tanışlıq saytındakı elanı aranı qatdı

Dünya reytinqində 65-ci yerdə qərarlaşan tennisçi Danielle Kollins gözlənilmədən diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, onun tanışlıq profilində yazdıqları sosial mediada viral olub.

Oktyabr ayında sevgilisi Brayan Kippdən ayrıldığını təsdiqləyən 31 yaşlı Kollinz internetdə yeni sevgi tapmağa cəhd etmək qərarına gəlib. Amma onun yanaşması idman ulduzu üçün o qədər də tipik deyil ki, bu da sosial mediada tənqidlərə səbəb olub.

Danielle öz profilində karyera inkişafı mərhələsini başa vurduğunu və indi sakit ailə həyatı istədiyini yazıb. O, özünü “gələcək ənənəvi həyat yoldaşı” adlandırıb və etiraf edib ki, toyuq bəsləmək, çörək bişirmək, ev layihələri etmək, it və uşaq böyütmək arzusundadır.

Избранный
29
publika.az

1Источники