RU

Tanınmış vəkildən bu nazirlərə çağırış: “Bir gün bircə dəfə Bakı Metrolarına düşün”

“Milli Məclisin dünənki iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Sahil Babayevin çıxışlarını dinlədim. Başa düşdüyüm odur ki, mən bu nazirlərin danışdığı Azərbaycanda yaşamıram”.
NOCOMMENT.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” səhifəsində yazıb:”Onların öz Azərbaycanları var və orada insanlar bu günə qədər yağ içində yaşayıblar, vergi islahatından sonra isə yağ-bal içində yaşayacaqlar. Üstəlik deyəsən M.Cabbarov məni və məni kimi insanların maddi rifahının günü gündən pisləşməsini dilə gətirən hamını yalan məlumat yaymaqda da suçladı.
İnsanlarımızın maddi durumunun Gürcüstan və Ermənistandan aşağı olduğunu bir daha təkrar edirəm”.
Hüquqşünas  onlara metroya tərəf getməyi də məsləhət görüb :  “İslahatdan dəm vuran nazirlər işlərinin nəticəsini görmək istəyirlərsə, heç olmasa bir gün bircə dəfə Bakı Metrolarına düşüb insanların vəziyyəti ilə maraqlansınlar. Bir də vaxtları olsa öz qohum və dostları olmayan kiçik və orta sahibkarlarla söhbət etsinlər” .
  Əntiqə Rəşid
Избранный
9
1
nocomment.az

2Источники