RU

Rusiyanın yeni təxribatı NATO üçün nə qədər təhlükəlidir? -Hərbi ekspert

Rusiyanın Baltik dənizində 1994-cü ildə batan “Estoniya” bərəsinin yaxınlığında gizli sualtı baza qurduğu iddia olunur. Rusiya kəşfiyyatının bu bazada sualtı cihazlar yerləşdirərək, NATO ölkələrinin dəniz qüvvələrinin fəaliyyətini izlədiyi, dron və robotları idarə etməklə, həmçinin NATO gəmilərinin səs siqnallarını topladığı bildirilir. Araşdırmaya görə, Rusiya illərdir Qərb şirkətlərindən sualtı izləmə texnologiyaları alır.

Rusiyanın Baltik dənizində gizli sualtı baza qurması NATO üçün hansı strateji riskləri yarada bilər? Əgər iddialar təsdiqlənsə, NATO və Aİ səviyyəsində Rusiyaya qarşı hansı addımlar atıla bilər?

Redaktor.az-a danışan hərbi eksperti Ədalət Verdiyev bildirdi ki, Rusiya NATO ilə mövcud olan quru və dəniz sərhədləri boyunca rəqib fəaliyyətlərini izləmək məqsədilə müxtəlif hərbi infrastrukturdan istifadə edir:

"Bu fəaliyyətlər əslində, yeni deyil. Baltik dənizinin yaranmasından, yəni 1703-cü ildən etibarən, Rusiya bu ərazilərdə rəqib və düşmən fəaliyyətlərini daim nəzarət altında saxlamağa çalışır. Rusiya, bu izləmə funksiyalarının əsas hissəsini sualtı hərbi bazalar vasitəsilə həyata keçirir. Ən önəmli sualtı baza şimal donanmasının tərkibinə daxildir və Murmanskda yerləşir. Bununla yanaşı, Rusiyanın şimal istiqamətində ümumilikdə beş sualtı bazası mövcuddur. Cənub istiqamətində isə Rusiya, Krımı işğal etdikdən sonra bu izləmə funksiyalarını daha da gücləndirmişdir".

Ekspertin sözlərinə görə, hazırda Qara dəniz və Azov dənizində Rusiya öz çıxışını təmin edibnvə bu bölgədəki qüvvələrini, xüsusilə dəniz qüvvələrini əhəmiyyətli dərəcədə artıb:

"Baltik dənizində Rusiya mövcudluğu 1700-cü illərə qədər gedib çıxır. Buradakı hərbi dəniz qüvvələrinin təxminən 20 mindən çox heyətə malik olduğu bildirilir. Baltik dənizindəki hərbi bazaların tərkibində yaradılacaq sualtı kəşfiyyat orqanları isə Kalininqrad şəhərində yerləşən dəniz qüvvələrinin qərargahına tabe olacaq. Rusiya tərəfindən bu addımların atılması, təbii ki, NATO tərəfindən müsbət qarşılanmayacaq. NATO Rusiyanın bu addımını növbəti təxribatlara hazırlıq məqsədilə atılmış məqsədyönlü bir addım kimi qiymətləndirəcək. NATO ölkələri də Rusiyanın atdığı addımları diqqətlə izləyəcək və bu sistemlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə müəyyən addımlar atacaq. Bu, həm Rusiya, həm də NATO üçün strateji baxımdan kritik əhəmiyyət daşıyan bir vəziyyət yaradır".

Xədicə BAXIŞLI

Избранный
41
1
redaktor.az

2Источники