Abşeron rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatlarını talayaraq hadisə yerini tərk etdiyini bildirib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb. Araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта