RU

Boliviya Məhkəməsi sabiq prezident barəsində olan hökmü ləğv edib

Boliviya Məhkəməsi sabiq prezident barəsində olan hökmü ləğv edib

Boliviyanın Ali Məhkəməsi ölkənin sabiq müvəqqəti prezidenti Janin Anyes barəsində “dövlət çevrilişi işi” üzrə çıxarılmış hökmü ləğv edib və onun dərhal azadlığa buraxılmasına qərar verib.

AFN.az xəbər verir ki, bu barədə yerli "El Deber" qəzeti məlumat yayıb.

Məhkəmə sədri Romero Sausedo bildirib ki, əvvəlki instansiya məhkəməsinin hökmü etibarsız sayılıb və onun nəticəsində Anyes dərhal azad olunmalıdır.

Qeyd edək ki, 2022-ci ilin iyununda Janin Anyes vəzifə səlahiyyətlərindən sui-istifadə və konstitusiyaya zidd qərarlar qəbul etmə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihamlar 2019-cu ilin noyabrında o zamankı prezident Evo Moralesin istefası ilə bağlı hadisələrlə əlaqədar idi. Morales yenidən seçilməsinə qarşı keçirilən etirazlar və hərbi dairələrin təzyiqi fonunda postunu tərk etmişdi. Həmin vaxt parlamentin yuxarı palatasında ikinci vitse-spiker vəzifəsini tutan Anyes prezident səlahiyyətlərini üzərinə götürərək yeni seçkilərə qədər hökuməti idarə etmiş və kabinet formalaşdırmışdı.

Избранный
43
afn.az

1Источники