RU

Binəqədidə şəhid övladlarının iştirakı ilə bayram tədbiri keçirildi FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram tədbiri təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Rəhman Qəhrəmanov, rayon təşkilatının kollektivi və şəhid ailələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən danışıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Bayram tədbiri çərçivəsində şəhid övladları müxtəlif əyləncəli atraksionlarda əyləniblər, idman yarışlarında və oyunlarda iştirak ediblər, həmçinin birgə şeirlər və mahnılar səsləndiriblər.

Sonda şəhid övladlarına hədiyyələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
unikal.az

2Источники