RU

“İşləməkdən çox onun-bunun haqqında danışır” – Vəfa Hüseyni tənqid etdi

“Sosial şəbəkədə səhifəsinə baxdım, sonuncu işi beş il qabaq olub”.

Bu sözləri Vəfa Şərifova Hüseyn Məhəmmədoğlunun ünvanına deyib.

“Rəngarəng” verilişində qonaq olan Vəfa Hüseyn Məhəmmədoğlunu tənqid edib:

“Bəzi insanlar var ki, həqiqətən də sənətləri var. Çox danışmaqdansa, çox işləsələr daha çox uğur əldə edərlər. Sənət olaraq ortada heç nə göstərmirlər, amma hamıya rəy bildirirlər. Bu işləmir, bunun sənəti yoxdur… Bəs hansı ixtiyarla belə danışırsız?

Mənim haqqımda elə danışdı ki, girdim Hüseynin instaqram səhifəsinə baxdım ki, görüm onun hansı işləri var? Bəlkə də həqiqətən mənim haqqımda danışmağa haqqı var. Gördüm sonuncu işi beş il qabaq “İstanbul” mahnısı olub. Hüseyn hansı layihəni təqdim edib? Sənətkardır, amma işləmir, ancaq onun-bunun haqqında danışır”.Musavat.com

Избранный
4
1
millitv.net

3Источники