RU

“Sabah”ın gəncləri Bakıda da “Nant”a uduzdu

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab matçında Fransanın “Nant” klubuna 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Fransada keçirilən ilk görüşdə “Nant” 5:0 hesabı ilə qələbə qazanmışdı. Beləliklə, “Sabah” turnirdə mübarizəni dayandırıb.

UEFA Gənclər Liqası
5 noyabr

“Sabah” (Azərbaycan) – “Nant” (Fransa) 1:2
Qol:
 Anar Hüseynov, 88, Dabo, 17-pen.; 76-pen.
Hakimlər: Danilo Nikoliç, Yovan Qruiç, Aleksandr Qovedaroviç (hamısı Serbiya), Tural Qurbanov (Azərbaycan).
Masazır. “Bank Respublika Arena”.

Избранный
22
2
msport.az

5Источники