"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu "Bank Respublika Arena"da "Nant"ı qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Masazır təmsilçisinin qolunu 88-ci dəqiqədə Anar Həsənov vurub.
Qeyd edək ki, Fransada keçirilən ilk görüşdə "Nant" 5:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə rəqibinə uduzan "Sabah" turnirdə mübarizəni dayandırıb.
Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
Azərbaycan derbisinə doğru: Qollar
"Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb
ÇL matçları bu kanallarda
Millimizin üzvü: "Liviya ilə matçda əla mübarizə apardıq"