RU

Tərtər və Yevlaxda ağacəkmə aksiyaları keçirilib

Tərtər, 5 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər və Yevlaxda ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” 300 ədəd müxtəlif növ meyvə ağacları əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Zəfər Gününün beşinci ildönümü ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək və yaşıl mühitin qorunmasına töhfə vermək məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində də ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində rayonun iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.

 

Избранный
70
1
azertag.az

2Источники