RU

Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Biləsuvar, 5 noyabr, İlkin Adıyev, AZƏRTAC

Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması, avtomobillərdən atmosferə atılan zərərli tullantıların insan sağlamlığına vurduğu zərərin azaldılması məqsədilə Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Yol polisi əməkdaşları tərəfindən sürücülərin bir daha diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
5
azertag.az

6Источники