RU

"Neftçi"yə məğlubiyyət bizə yaraşmadı"

"Kəpəz"in yarımmüdafiəçisi Fərid Nəbiyev Premyer Liqanın 10-cu turunda "Neftçi"yə məğlub olduqları (1:5) matç haqda Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq darmadağını şərh edib:

"Oyuna yaxşı başlaya bilmədik. Bütün komanda olaraq ilk hissə zəif təsir bağışladıq.

Öz səhvlərimizdən qapımızda qollar gördük. Amma ikinci hissə nələrisə düzəltməyə çalışdıq.

Təəssüf ki, yenə adi səhvlərdən qollar buraxdıq. Belə məğlubiyyət bizə yaraşmadı".

Nəbiyev məğlubiyyətdə rəqibdən çox, Ryonosuke Ohori və Mahamadu Ba kimi əsas heyət üzvlərinin yoxluğunu ciddi problem kimi qabardıb:

"Komanda olaraq biz zəif çıxış etdik. Qollar adi səhvlərdən sonra vuruldu.

ki əsas oyunçunun olmamağı da bizim kimi komandalar üçün çətinlik yaradır. İnşallah, bundan sonra daha yaxşı çıxış edərik".

Növbəti rəqib formada olan iddialı "Sabah"dır. Nəbiyev "yenə xalsız qalmağınız real görünür" fikrinə fərqli münasibət bildirib:

"Hər şey özümüzdən asılıdır. Bu rəqibə qarşı əlimizdən gələnin ən yaxşısını edib, yaxşı nəticə qazanmaq üçün vuruşacağıq".

XANOĞLAN

Избранный
45
sportinfo.az

1Источники