RU

Kim Çen Rusiyaya daha 5 minə yaxın əsgər göndərdi

Şimali Koreya tikinti işləri üçün Rusiyaya 5 minə yaxın hərbçi göndərib Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Şimali Koreyanın sentyabr ayından etibarən tədricən Rusiyaya təqribən 5000 əsgər göndərdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu əsgərlər cəbhə xəttində döyüşməkdənsə, tikinti və infrastruktur işlərini yerinə yetirmək tapşırılıb.

Kəşfiyyat məlumatlarına görə, hazırda təxminən 10.000 Şimali Koreya əsgəri Rusiya -Ukrayna sərhədi boyunca yerləşən ərazilərdə müşahidə missiyaları həyata keçirir. Bundan əlavə, minalardan təmizləmə əməliyyatlarında təxminən 1000 hərbi mühəndis iştirak edir.

Cənubi Koreya rəsmiləri bu inkişafın Şimali Koreya və Rusiya arasında hərbi və iqtisadi əməkdaşlığın dərinləşməsini nümayiş etdirdiyini bildiriblər.

Aytən Yaşar/ Turkustan.az

Избранный
96
50
turkustan.az

10Источники