FIBA Avropa Kubokunun I qrupunun IV turunda "Neftçi" Bakıda "Trefl" komandasını məğlub edib (92:87).
Offsideplus.az xəbər verir ki, Polşa komandasının baş məşqçisi Mikko Larkas oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
"Rəqibi təbrik edirəm. Yaxşı oyun oynadı. Biz bu gün yaxşı çıxış etmədik. Yüksək şanslarımız vardı. Xal atışlarında rəqib daha uğurlu idi. Oyun temptdə getdi, sınma nöqtəsinin olduğunu düşünmürəm. "Neftçi" sona doğru hesabda irəli çıxdı və mövqeyini itirmədi. Evdə oynamaq səfərdə oynamaqdan asandır. Fərq bundandır ki, o dəfə biz evdə oynayırdıq, bu dəfə isə "Neftçi".