Hadisə Sumqayıt-Novxanı yolu, “Spring Hotel” aquapark yaxınlığında baş verib.
NOCOMMENT.az-ın Sumqayıt bürosunun verdiyi məlumata görə, belə ki, VAZ 2107 markalı, 02 BL 652 dövlət qeydiyyat nişanlı avtomobil ilə Chevrolet Equinox, 50 FHN 869 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. İlkin ehtimallara görə, yaralılardan ikisi VAZ avtomobilində, biri isə Chevrolet Equinox-da olub.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


