RU

Xəzər niyə qırmızı rəngə boyanıb? FOTO

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Xəzər dənizinin bir hissəsində suyun rəngi qırmızı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd edilib ki, Xəzərin Türkan qəsəbəsi hissəsindəki sahili qırmızı rəngə boyanıb.

Sözügedən video ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə müraciət etdik.

SİMDNX-nın mətbuat katibi Xanlar Mehdiyev BAKU.WS-ə açıqlamasında bildirib ki, ərazidəki sudan nümunələr götürülüb. Analizin cavabı yaxın zamanda ictimaiyyətə açıqlanacaq:

“Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları ərazidən su nümunələri götürərək mərkəzi laboratoriyaya təqdim ediblər. Mərkəzi laboratoriyada analizlərin cavabı açıqlandıqdan sonra biz bu fakt üzrə ətraflı məlumat verəcəyik. Qeyd edək ki yaxın bir həftə ərzində analizlərin cavabı açıqlanacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
4
icma.az

5Источники