RU

Təhsil Agentliyi üçün mühafizə xidmətinin satın alınması planlaşdırılır

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mühafizə xidmətlərinin təşkili ilə bağlı tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ümumi ehtimal olunan dəyəri 79.473 manat təşkil edir.

Tender çərçivəsində Agentliyin inzibati binasında gecə və gündüz rejimində mühafizə xidmətinin göstərilməsi nəzərdə tutulur. Mühafizəçilər binanın ön və arxa girişlərində, həmçinin həftəsonları növbəli qaydada xidmət göstərəcəklər.

Layihənin məqsədi Agentliyin inzibati binasında təhlükəsizliyin təmin olunması, giriş-çıxışın nəzarətdə saxlanılması və obyektin 24 saat qorunmasıdır.

Избранный
51
1
nocomment.az

2Источники