RU

Qəzzada ölənlərin sayı 68 875-ə yüksəlib

Qatil İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 3 nəfər artaraq 68 min 875-ə çatıb.

Busaat.az xəbər verir ki, Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.

Dağıntılar altından xilas edilən iki nəfərin, son hücumlarda ölən bir nəfərin cəsədinin və iki yaralının Qəzza zolağında son 24 saat ərzində xəstəxanalara çatdırıldığı bildirilib.

Atəşkəs başlayandan bəri ümumilikdə 241 nəfər həlak olub, 609 nəfər yaralanıb, dağıntılar altından 513 cəsəd çıxarılıb.

İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 8-də başlayan hücumları nəticəsində ölənlərin sayının 68 min 875, yaralı sayının isə 170 min 679 nəfərə çatdığı bildirilir.

Qəzza zolağında minlərlə ölülərin dağıntılar altında qaldığı bildirilir.

Yeganə

Избранный
67
busaat.az

1Источники