RU

Tibb işçisindən dəhşət: Növbədə rahat işləmək üçün 10 nəfəri öldürdü

Almaniyada silsilə qətllər törədən tibb işçisi ömürlük azadlıqdan məhrum edilib.

Ölkə.Az xəbər verir ki, hadisə 2023-2024-cü illər arasında Şimali Reyn-Vestfaliya əyalətinin Vürselen şəhərində baş verib.

Tibb qardaşı işləyən şəxsin gecə növbəsində öz rahatlığı üçün 10 nəfəri öldürüb, 27 nəfəri də öldürməyə cəhd edib.

44 yaşlı tibb işçisinin ölümcül xəstələrin müalicəsi şöbəsində işlədiyi və əsasən yaşlı xəstələrinə onların razılığı olmadan güclü ağrıkəsicilər və sakitləşdiricilər vurduğu bildirilir.

Tibb qardaşının iynə vurduqdan sonra xəstəni tək qoyduğu bildirilir.

Kollegiya tibb işçisinin bu üsuldan "gecə növbəsi zamanı işi minimuma endirmək" üçün istifadə etdiyini vurğulayıb.

Axen Regional Məhkəməsi tibb qardaşını ömürlük həbs cəzasına məhkum edib.

Billurə
 

Избранный
67
1
olke.az

2Источники