RU

“Pafos” evdə “Vilyarreal”ı məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin IV turunda keçirilən “Pafos” – “Vilyarreal” oyunu Kiprdə sürpriz nəticə ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Kolossidəki “Alfaməqa” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

 Oyunun yeganə qolunu “Pafos”un müdafiəçisi Derrik Lyukkasen vurub. O, 47-ci dəqiqədə komandasını önə keçirib və bu qol görüşdə həlledici olub.

Bu qələbədən sonra Xuan Karlos Karsedonun rəhbərlik etdiyi “Pafos” 4 turdan sonra 5 xalla ümumi mərhələdə 19-cu pillədə qərarlaşıb. “Vilyarreal” isə cəmi 1 xal toplayaraq 32-ci yerdə mövqelənib.

Növbəti turda “Pafos” noyabrın 26-da “Monako” ilə, Marselino Toralın rəhbərlik etdiyi “Vilyarreal” isə noyabrın 25-də “Borussiya Dortmund”la qarşılaşacaq.

Qeyd edək ki, cari mövsümün finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Избранный
62
90deqiqe.az

1Источники