RU

Küsülü olan Manafla Mətanət BİR ARADA: “Boynuna alsın ki, darıxırdı” VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Bir müddətdir küsülü olan müğənnilər Mətanət Əsədova və Manaf Ağayev bir-birinə barışıq əli uzadıb.Bizim.Media xəbər verir ki, sənətçilər birgə “Tarixin bir günü” verilişinə çıxıb.M. Əsədova bildirib ki, Manafla düşmən olmasalar da, hələ onunla barışmayıb:

 

“Hələ onunla barışmamışam. Könlümü almalıdır. Özü bilir necə ala bilər. Çünki adam qarşılamağını, dost yolunda etdiyi hərəkətləri bilirəm. O elə bil hərəkət etməlidir ki, ondan ürəyim açılsın. İncimişəm. Özü də bilir ki, yanında milyon oxuyan olsa, ondan o ruhu ala bilməz, oxuya bilsə, qulağımı kəsərəm. Zarafatını, mimikasını kənardan tutan mənəm. Darıxırdı, ürəyi partlayırdı, ölürdü, boynuna alsın. Nadir Qafarzadənin balasının toyunda Ağayevin həyat yoldaşı Fərqanə xanımı gördüm, bizim masaya əyləşdirdim, özü də gəldi onun yanında oturdu. 

Mən o xanımı salamlayıram, bağrıma basıram, çox mehriban xanımdır, dözümlüdür. Biz düşmən deyilik, bir-birimizin balasını öldürməmişik, çörəyini almamışıq, sözdür deyilib. Amma mən efirə çıxandan “Ağayev” deyib qışqırmışam”.

Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
4
bizim.media

5Источники