RU

Vilayət Quliyev 1999 cu il İstanbul sammiti haqqında danışdı: “Rusiya son ana qədər öz təsirini göstərməyə çalışırdı“

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

"İstanbul sammiti taleyüklü beynəlxalq toplantı idi. Sammitdə Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələsi həllini tapmalı idi. Tədbir Azərbaycan üçün çox yüksək səviyyədə keçdi. Prezident Heydər Əliyev diqqət mərkəzində idi. Dünyanın müxtəlif dövlətlərinin başçıları ona müraciət edib danışıqlar aparmaq istəyirdilər. Nəticə etibarilə "Əsrin müqaviləsi" burada öz məntiqi sonluğuna çatdı".

Moderator.az xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində sabiq xarici işlər naziri Vilayət Quliyev 1999-cu ildə keçirilən İstanbul sammitində yaşanan hadisələr barədə danışarkən deyib.

Sabiq nazir toplantıda Azərbaycana göstərilən təsirlərdən də danışıb: "İndiyə kimi yadımdadır, konfrans zalının qabağında dayanmışdıq. Mərhum Heydər Əliyevlə Eduard Şevardnadze söhbət edirdilər. Biz də nazirlər olaraq kənardan onları gözləyirdik. Bu zaman Boris Yeltsin salona daxil oldu və özünü elə apardı ki, sanki Azərbaycan və Gürcüstan dövlət başçılarını görmür. O, iddialı bir tərzdə keçib getdi. Bu, münasibətin göstəricisi idi. Rusiya Federasiyası son ana qədər öz təsirini göstərməyə çalışırdı", - V.Quliyev deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
2
moderator.az

3Источники