RU

“Çelsi”nin baş məşqçisi: Qarabağ çox yaxşı pressinq etməyi bacardı”

Apasport saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

- Niyə heyətdə dəyişiklik etmişdiz?

- Buna məcbur idik. Oyuna doğru start verdik, qol vurduq. Amma sonradan qollar buraxdıq. Özü də rəqib qol vuranda meydanda 10 nəfər idilər. Müəyyən dəyişikliklərə əl atdıq. Heyətimiz genişdir və istəyirik ki, hər bir futbolçu şans qazansın. Bəzi futbolçuların da istirahətə ehtiyacı var. Sıx təqvimdəyik və rotasiyalar etməyə məcburuq.

- Dəyişiklik nə ilə bağlı idi?

- Çünki qalib gəlmək niyyətindəydik. Buraxılan qollara reaksiya verdik. Fasilədən sonra daha yaxşı idik.

- "Qarabağ"dan gözlədiyiniz performansı gördüz?

- "Qarabağ" çox gözəl oynayır. Möhtəşəm işlər görürlər. "Qarabağ"a qarşı oynamaq çətin idi.

- Buraxdığınız qollar haqda hansı fikirdəsiz? 

- Hardasa axmaq qollar oldu. Biz daha ehtiyatlı oynamalıydıq. Çox diqqətli olmalıydıq.

- Öncədən desəydilər ki, matç 2:2 bitəcək, nə reaksiya verərdiz?

- Belə olmasını istəməzdik. Bir xal qazandıq. Bundan sonrakı oyunlar üçün bərpa olunmalıyıq. Çempionlar Liqasında hər şey mümkündür.

-  "Qarabağ" azarkeşləri üçün hansı fikirdəsiz?

- Stadionda əla atmofer yaranmışdı.

- Hətta Premyer Liqada görüşlərində də topa sahib olanda istənilən kimi oynamırsız. Bu problemi necə aradan qaldıracaqsız?

- Bizdə topa sahib olmaqla bağlı problem olduğunu düşünmürəm. Sadəcə "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı.

ÇL: “Bavariya” PSJ-ni , “Liverpul” “Real”ı məğlub edib - YENİLƏNİB

“Arsenal”ın 15 yaşlı futbolçusu ÇL-nin tarixinə düşüb

"Viktoriya Plzen" - "Fənərbaxça" matçı niderlandlı hakimlərə tapşırılıb

Ceko Konfrans Liqasının tarixinə düşüb

AL: “Fənər”dən minimalhesablı qələbə - YENİLƏNİB

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
3
apasport.az

5Источники