Prezident Donald Tramp demokrat Zöhran Mamdaninin Nyu-York meri seçkilərində qələbəsini ABŞ suverenliyinin bir hissəsinin itirilməsi kimi dəyərləndirib.
Musavat.com xəbər verir ki, o, bunu Floridada keçirilən biznes forumunda deyib: "Dünən gecə Nyu-Yorkda suverenliyimizin bir hissəsini itirdik, amma bunun öhdəsindən gələcəyik".
Noyabrın 5-də Demokrat Zöhran Mamdani Nyu-Yorkun 111-ci meri seçilib. O, səslərin 50,3 faizini toplayıb. Tramp Mamdaniyə qarşı çıxıb və onu tez-tez tənqid edib.
Associated Press-in məlumatına görə, Demokratların ilkin seçkilərində Mamdanaya uduzduqdan sonra seçkilərdə müstəqil namizəd kimi iştirak edən Nyu-York ştatının keçmiş qubernatoru Endryu Kuomo səslərin 88 faizi sayılandana sonra 41,6 faiz səs, Respublikaçı Körtis Sliva isə 7,2 faiz səs toplayıb. Tramp seçki ərəfəsində Kuomoya dəstək verib.
Musavat.com