RU

“Futbolçular hər üç gündə oynaya bilməz”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda “Qarabağ”la keçirilən oyunda (2:2) heyət rotasiyasına dair qərarını şərh edib.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra komandasının bəzi əsas oyunçularına istirahət verməsinin səbəbini izah edib:

“Biz daim heyəti rotasiya etməyə çalışırıq. Artıq demişdim ki, məqsədimiz Kaysedo, Fernandes, Gyusto və digərlərinə istirahət imkanı vermək idi. Onlar hər üç gündən bir oynaya bilməzlər. Bu, Klublararası dünya çempionatının nəticəsidir. Qalib gələndə rotasiya barədə heç kim danışmır, uduzanda isə bütün söhbətlər bunun üzərində qurulur”, – deyə Marreska bildirib.

“Çelsi”nin heyətində Estêvao Villian və AleXandro Qarnaço fərqləniblər.

Избранный
38
90deqiqe.az

1Источники