RU

Rusiya nüvə sınaqlarına hazırlaşır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın ABŞ-nin nüvə silahı sınaqlarını yenidən başlatmaqla bağlı açıqlamasından sonra bu istiqamətdə hərəkətə keçib.

TurkicWorld-un məlumatına görə, Putin yüksək vəzifəli rəsmilərə Rusiya tərəfindən mümkün nüvə silahı sınaqlarına dair təkliflər hazırlamaq tapşırığı verib.

Dövlət başçısı bildirib ki, Rusiya Nüvə Sınaqlarının Qadağası haqqında Müqaviləyə sadiq qalıb, lakin ABŞ və ya digər nüvə güclərinin bu addımı atacağı təqdirdə Moskva da eyni addımı atacaq.

“Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və müvafiq mülki qurumlara bu mövzu ilə bağlı əlavə məlumat toplamaq, Təhlükəsizlik Şurasında təhlil aparmaq və ehtimal olunan nüvə sınaqlarının hazırlanmasına dair təkliflər təqdim etmək üçün mümkün olan hər şeyi etmələri barədə göstəriş verirəm”.-deyə Putin deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl sosial şəbəkədə paylaşım edərək, “Digər ölkələrin proqramlarına görə nüvə silahlarını test etməyə başlamaq əmri verdim. Proses dərhal başlanacaq”, – deyə bəyan etmişdi.

Xatırladaq ki, ABŞ sonuncu dəfə 1992-ci ildə, Çin və Fransa 1996-cı ildə, SSRİ isə 1990-cı ildə nüvə silahı sınaqları keçirib. Sovet İttifaqı dağıldıqdan sonra Rusiya heç bir nüvə sınağı həyata keçirməyib.

Избранный
47
turkic.world

1Источники