RU

Çempionlar Liqasının ümumi mərhələsi: “Qarabağ” 15-ci yerdədir

Noyabrın 6-da Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turuna yekun vurulub.

İdman.Biz bildirir ki, bu turdan sonra turnir cədvəlinə 12 xalla “Bavariya” başçılıq edir.

Münhenlilərdən sonra cədvəldə “Arsenal” (12), “İnter” (12), “Mançester Siti” (10), PSJ (9), “Nyukasl Yunayted” (9), “Real Madrid” (9), “Liverpul” (9) və “Qalatasaray” (9) yer alıblar.

Ağdamın “Qarabağ” klubu 4 oyundan 7 xal toplayıb və 15-ci yerdədir.

Xatırladaq ki, 36 klubdan ibarət cədvəl ümumi mərhələnin səkkiz turunun nəticələrinə əsasən formalaşdırılır. Beləliklə, 1/8 finala birbaşa vəsiqə qazanan ilk səkkiz komanda müəyyən edilir. 9-cudan 24-cü yerə qədər olan klublar isə pley-offda 1/8 finala vəsiqə qazanmaq hüququ uğrunda yarışacaqlar.

İdman.Biz

Избранный
91
idman.biz

1Источники