RU

Papoyan: “Bu, tarixi gündür – 35 ildən sonra Azərbaycan üzərindən Ermənistana yük çatdırıldı”

Ermənistanın iqtisadiyyat naziri Georq Papoyan Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu ilə 35 ildən sonra ilk dəfə yükün Ermənistana çatdırılmasını “tarixi gün” adlandırıb.

Musavat.com xəbər verir ki, Papoyan “Ayrum” dəmir yolu stansiyasında buğda partiyasının qəbul edilməsi zamanı bildirib: “Bu, tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu ilə Ermənistana yük çatdırılıb”. 

Nazirin sözlərinə görə, birinci partiya Rusiya mənşəli buğdadan ibarətdir, ikinci partiya isə Qazaxıstandan gələcək və hazırda Azərbaycan ərazisindədir. 

 

Musavat.com

Избранный
64
1
musavat.com

2Источники